XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Rayon birinciliyinin qalibi müəyyənləşib
İdman 17:30 / 17.05.2019
Xaçmazda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş futbol üzrə rayon birinciliyinin qalibi müəyyənləşib.
Xaçmaz Olmpiya İdman Kompleksində keçirilən final qarşılaşmasında Yalama və Ləcət bələdiyyələrinin komandaları mübarizə aparıblar.
16 komandanın qatıldığı birincilkdə finaladək inamla irəliləyən Yalama kollektivi bu matçda da rəqibinə heç bir şans verməyib. Ləcət komandasına 6-0 hesabı ilə qalib gələn kollektiv yarışın qalib adını qazanıb.
Final matçını üç minə yaxın futbol azarkeşi izləyib.
Xaçmaz Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda çempion komandaya kubok və medallar təqdim olunub.

19153 oxunub

InvestAZ