XƏBƏR LENTİ
02 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



Azərbaycan çempionatı: Daha yeddi çəki dərəcəsi üzrə qaliblərin adına aydınlıq gəldi
İdman 20:50 / 29.03.2023

20 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı davam edir. Yarışın ikinci günündə sərbəst güləş üzrə 86 kq, 92 kq, 97 kq və 125 kq, yunan-Roma güləşi üzrə isə 55 kq, 60 kq və 63 kq çəki dərəcələrində görüşlər keçirilib. Ümumilikdə yeddi çəki üzrə 88 güləşçi gücünü sınayıb. Sərbəst güləşçilərin yarışında Timur Gülmaqomedov (86 kq), Rəvan Musayev (92 kq), Zəfər Əliyev (97 kq) Yusif Dursunov (125 kq), yunan-Roma güləşçilərinin mübarizəsində isə Elmir Əliyev (55 kq), Məhəmməd Şükürzadə (60 kq), Fəraim Mustafayev (63 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


19934 oxunub

InvestAZ