XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Dünya çempionatı: Boksçularımızın ilk rəqibləri müəyyənləşdi
İdman 18:33 / 15.03.2023

Azərbaycanın qadın boksçularının Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək dünya çempionatındakı ilk rəqibləri bəlli olub. Mübarizəyə ilk olaraq Anaxanım İsmayılova və Zeynəb Rəhimova qoşulacaqlar.

Dünya çempionatı

1/32 final
16 mart

Anaxanım İsmayılova (50 kq) – Zarin Nixad (Hindistan)
Zeynəb Rəhimova (54 kq) – Lethokule Sibisi (CAR)

1/16 final
18 mart

Günel Rəhimova (48 kq) – Snejana Silykoviç (Serbiya)
Şəhla Allahverdiyeva (66 kq) – Mariya Ernandes (Dominikan Respublikası)

19 mart
Məhsəti Həmzəyeva (57 kq) – Cennifer Peters (Yeni Zelandiya)

22 mart
1/4 final

Aynur Rzayeva (+81 kq) – Angel Corc Eyed (Trinidad və Tobaqo)/Kelin Li-Lo (Yeni Zelandiya)

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.


8718 oxunub

InvestAZ