XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



MOK-un nümayəndə heyəti İHİF-nın Baş Assambleyasında iştirak edib
İdman 10:14 / 14.03.2023

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İslam Həmrəyliyi İdman Federasiyalarının (İHİF) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Xarici Əlaqələr Şöbəsinin direktoru Anar Bağırov İHİF-in Səuddiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən növbədənkənar Baş Assambleyada iştirak ediblər. Toplantıda İHİF-in prezidenti Şahzadə Abdulaziz Bin Turki Al-Faisal Al Saud və İHİF-in rəsmi nümayəndələri çıxış ediblər.İHİF-nin Baş Assambleyasında 2023-cü ilin oktyabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək Dünya Döyüş Oyunları ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə həmçinin, İcraiyyə Komitəsinin iclasında iştirak edib, eləcə də toplantı çərçivəsində İHİF-in prezidenti Şahzadə Abdulaziz Bin Turki Al-Faisal Al Saud ilə görüşüb.


22509 oxunub

InvestAZ