XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Basketbol mütəxəssislərimiz Litvada seminarda iştirak edirlər
İdman 15:26 / 19.01.2023

Azərbaycan Basketbol Federasiyasının (ABF) dəstəyi ilə məşqçilər seminar üçün Litvaya yollanıblar.U-18 oğlanlardan ibarət komandanın və NTD klubunun baş və köməkçi məşqçiləri Tahir Baxşıyevlə Polad Həsənov, U-20 oğlanlardan ibarət millinin və "Sərhədçi” klubun baş məşqçisi Anar Sarıyev səfərin ilk günündə Vilnüsdə yerləşən NBA basketbol məktəbində olublar.

Onlar həmin məktəbdə litvalı mütəxəssislər tərəfindən keçirilmiş seminarda iştirak edərək, daha sonra Azərbaycan basketbolunun gələcək ümidi sayılan Hüseyn Qaflanovun təlim-məşq prosesini izləyiblər. Ardından Kaunasa gedən məşqçilər yerli "Jalgiris” klubunun bütün yaş qruplarının təlim-məşq prosesini izləyib, peşəkar mütəxəssislərin məşqçilik seminarlarında iştirak ediblər.

Qeyd edək ki, azərbaycanlı məşqçilərin Litvada keçirilən seminarı yanvarın 21-dək davam edəcək.



11014 oxunub

InvestAZ