XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025



Fransa 1/8 mərhələyə vəsiqəni təmin etdi - FOTO
İdman 23:09 / 26.11.2022
​Qətərdə keçirilən dünya çempionatı davam edir. D qrupunun ikinci turunun qarşılaşmasında Fransa – Danimarka komandaları üz-üzə gəliblər.

Qarşılaşmada fransızlar​ 2:1 hesablı qələbəyə sevinib. Matçda hesabı 61-ci dəqiqədə Kilian Mbappenin qolu ilə Fransa açıb. Danimarka 68-ci dəqiqədə Anderas Kristensenlə hesabı bərabərləşdirib.

Oyunun 86-cı dəqiqəsində Mbappe "xoruzlar ölkəsi”nin qələbə topunun müəllifi olub.

Beləliklə, ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci pillədə qərarlaşıb və növbəti mərhələyə vəsiqə əldə edib. Avstraliyanın 3 xalı var və ikinci pillədədir. Hərəyə bir xal toplamış Danimarka və Tunis uyğun olaraq 3 və 4-cü yerləri bölüşdürürlər.


Anar

25477 oxunub

InvestAZ