XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Azərbaycan kuboku: 1/4 finalın ilk iştirakçıları müəyyənləşdi
İdman 21:51 / 22.11.2022
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışının səkkizdəbir final mərhələsinin oyunlarına start verilib. İlk oyunun günündə 3 qarşılaşma təşkil olunub. Binə qəsəbə stadionunda MOİK ilə qarşılaşan "Səbail” rəqibini 4:0 hesabı ilə məğlub edib. "Səbail”in heyətində Franko Mazurek, Ədilxan Qarəhmədov, Mirabdulla Abbasov və Maksim Çex fərqləniblər.
Digər oyunda "Şamaxı” və "Turan Tovuz” komandaları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda Tovuz təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0. Oyunda yeganə qolun müəllifi Natan Oduva olub.
Günün sonuncu matçı Qəbələ şəhər stadionunda oynanılıb. "Araz-Naxçıvan” komandası ilə qarşılaşan "Qəbələ” 5:0 hesablı qələbə qazanıb. Görüşdə qolları Məqsəd İsayev, Ramon Maçado, İsnik Alimi, Felipe Santos və Ülvi İsgəndərov vurublar.
"Səbail”, "Turan Tovuz” və "Qəbələ” klubları yarışın dörddəbir final mərhələsinə yüksəliblər. "Səbail” növbəti mərhələdə "Sabah" - "Qaradağ Lökbatan" cütünün qalibi, "Turan Tovuz” isə "Kəpəz” – "Sumqayıt” duelinin güclüsü ilə üz-üzə gələcək. "Qəbələ” isə "Qarabağ”a rəqib olub.
Qeyd edək ki, səkkizdəbir finala noyabrın 23-də keçiriləcək "Sabah” - "Qaradağ Lökbatan”, "Mingəçevir” - "Zirə” və "Kəpəz” – "Sumqayıt” oyunları ilə yekun vurulacaq.


9769 oxunub

InvestAZ