XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Frankfurt püşkatma mərasiminə hazırlaşır
İdman 11:22 / 28.09.2022
Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində Avro-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi olacaq. Avro-2024-ün seçmə mərhələsinin püşkatma mərasimində komandaların yer alacağı səbətlər dəqiqləşib.
Azərbaycan millisi püşkatmaya 4-cü səbətdən qatılacaq. Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Şimali Makedoniya, Kosovo və Bolqarıstan da 4-cü səbətdə olacaq.
Məlumat üçün bildirək ki, Avropa çempionatının final mərhələsi də Almaniyada keçiriləcək.


1-ci səbət: Niderland, Portuqaliya, Macarıstan, Xorvatiya, Belçika, Danimarka, İspaniya, İtaliya, Polşa, İsveçrə;

2-ci səbət: Çexiya, Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya, Serbiya, Finlandiya;

3-cü səbət: Ukrayna, Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro, İslandiya, Albaniya, Norveç;

4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya, Kosovo, Bolqarıstan;

5-ci səbət: Kipr, Slovakiya, Şimali İrlandiya, Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova;

6-cı səbət: Andorra, Lixtenşteyn, San Marino.


16946 oxunub

InvestAZ