XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Portuqaliya Ispaniya ilə bacarmadı
İdman 10:03 / 28.09.2022

Millətlər Liqasında qrup mərhələsinin son oyunları başa çatıb.
Mərhələyə A, B və C Liqalarında oynanılacaq 9 matçla yekun vurulub. Nəticədə final və pley-off mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gəlib.
A Liqasının 2-ci qrupunda Portuqaliya İspaniyaya uduzub. Nəticədə İspaniya qrup mərhələsini lider kimi başa vurub və finala adlayıb. İsveçrə Çexiya ilə üz-üzə gəlib və qələbə qazanıb. Nəticədə İsveçrə A Liqasında qalıb, Çexiya isə aşağı liqaya yuvarlanıb.
B Liqasının 1-ci qrupunda Ukrayna millisi A Liqasına və pley-offa adlamaq üçün Polşada Şotlandiyanı məğlub etməli idi. Lakin görüş qolsuz bərabərliklə başa çatıb. Şotlandiya pley-off-a adlayıb.
4-cü qrupda Serbiya səfərdə Norveçə qalib gəlib. Serbiya yığması həm A Liqasına, həm də pley-offa vəsiqə əldə edib. Qrupun digər matçında Sloveniya İsveçlə səfərdə heç-heçə edərək, B Liqasındakı yerini qoruyub. Meydan sahibləri isə aşağı diviziona düşüb.
C Liqasının 2-ci qrupunda Kosovo Kipri darmadağın edərək, C Liqasında qalıb. Kipr isə divizionu tərk edib.

Millətlər Liqası, qrup mərhələsi, 6-cı tur

27 sentyabr

A Liqası

2-ci qrup

22:45. Portuqaliya - İspaniya - 0:1

Qol: Morata, 88

22:45. İsveçrə - Çexiya - 2:1

Qollar: Freyler, 29, Embolo, 30 - Şix, 45

Xallar: İspaniya, 11, Portuqaliya - 10, İsveçrə - 9, Çexiya - 4

B Liqası

1-ci qrup

22:45. Ukrayna - Şotlandiya - 0:0

22:45. İrlandiya - Ermənistan - 3:2

Qollar: Eqan, 18, Obafemi, 52, Bredi, 90+1 pen. - Daşyan, 71, Spertayan, 73

Qırmızı vərəqə: Hambardzumyan, 89, Daşyan, 90 (İkisi də Ermənistan)

Xallar: Şotlandiya - 13, Ukrayna - 11, İrlandiya - 7, Ermənistan - 3

2-ci qrup

22:45. Albaniya - İslandiya - 1:1

Qollar: Lenyani, 35 - Anderson, 90+7

Qırmızı vərəqə: Qunnarson, 10 (İslandiya)

Xallar: İsrail - 8, İslandiya - 4, Albaniya - 2, Rusiya* - 0

4-cü qrup

22:45. İsveç - Sloveniya - 1:1

Qollar: Forsberq, 42 - Sesko, 28

22:45. Norveç - Serbiya - 0:2

Qollar: Vlahoviç, 42, Mitroviç, 54

Xallar: Serbiya - 13, Norveç - 10, Sloveniya - 6, İsveç - 4

C Liqası

2-ci qrup

22:45. Yunanıstan - Şimali İrlandiya - 3:1

Qollar: Pelkas, 14, Masouras, 55, Mantalos, 80 - Laveri, 18

22:45. Kosovo - Kipr - 5:1

Qollar: Musliya, 22, Rrudhani, 45+1, Raşani, 47, Muriqi, 52, 84 - Roberqe, 81

Xallar: Yunanıstan - 15, Kosovo - 9, Şimali İrlandiya - 5, Kipr - 5.


10071 oxunub

InvestAZ