XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Simeoneyə cavab vermək cərimədir
İdman 15:17 / 19.03.2019

UEFA İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronalduya qarşı intizam işi açıb. Buna 34 yaşlı hücumçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə İspaniya "Atletiko"sunu 3:0 hesabı ilə məğlub etdikləri matçda etdiyi qeyri-etik hərəkətlər səbəb olub. Portuqaliyalı forvard qarşılaşma başa çatdıqdan sonra Madrid təmsilçisinin azarkeşlərinə qarşı xoşagəlməz jest edib. Məsələyə martın 21-də baxılacaq.
Qeyd edək ki, "Yuventus" ilk görüşdə 0:2 hesabı ilə uduzduğu "Atletiko"nu cavab matçında Kriştianu Ronaldunun "het-trik"i sayəsində üstələyib. İlk matçda "Atletiko"nun baş məşqçisi Dieqo Simeone eyni hərəkəti edib və 20 min avro məbləğində cərimələnib.

27537 oxunub

InvestAZ