XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qanun hamı üçün qanundur
İdman 14:40 / 19.03.2019

İngiltərənin futbol üzrə yığmasının keçmiş üzvü Devid Bekhem polisə avtomobil sürərkən qaydaları pozduğunu etiraf edib. "Qazeta.ru" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Yığmanın keçmiş futbolçusu Londonun polis xidmətinə sükan arxasında mobil telefondan istifadə etdiyini etiraf edib.
"The Sun"ın məlumatına görə, polis Devidin sükan arxasında telefonla danışdığını hələ 2018-ci ilin noyabrında bildirib. İndi Bekhemi 200 funt cərimə və 6 ballıq cərimə gözləyir. Bazar ertəsi Bekhem polisə təqsirini etiraf edib. İş üzrə məhkəmə bu gün keçiriləcək. Daha əvvəl MLS-də çıxış edən "Los-Anceles Qelaksi" komandanın sabiq futbolçusu Devid Bekhemə qoyulan heykəlin açılışını edib.

19315 oxunub

InvestAZ