XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



NBA yeni formata keçir
İdman 18:57 / 30.05.2020
NBA İdarəetmə Şurasının komissioner Adam Silverin, 2019-20 mövsümününün davamının 20-22 komandanın iştirakı ilə Orlandoda keçirilməsinə dair tövsiyələrini qəbul edəcəyi gözlənilir.
Növbəti həftənin əvvəlində mövsümün bərpası ilə bağlı mümkün formatlar səsverməyə qoyulacaq.
Cümə günü Silver və İdarəetmə Şurası arasındakı telekonfrans zamanı konfranslarda pley-offa vəsiqə verən sonuncu pillələrin taleyi ilə bağlı müzakirələr aparılmışdı. Hazırda 8-ci pillədən maksimum 6 oyun geri qalan 6 komanda üçün pley-off iştirakçılarını müəyyənləşdirmək məqsədilə xüsusi format tətbiq ediləcəyi istisna olunmur. Siyahıya Qərbdə "Portlend" (pley-off zonasından 3,5 oyun uzaqlıqdadı), "Nyu-Orlean" (3,5 oyun), "Sakramento" (3,5), "San-Antonio" (4) və "Finiks" (6), Şərqdə isə "Vaşinqton" (5,5) aiddi.
İdarəetmə Şurasının 22 komandalı formatı dəstəklədiyi bildirilir. Bununla belə, həlledici mərhələdə 20 komandanın iştirakı da ehtmal daxilindədi.
Son məlumatlara görə, NBA 31 iyulda bərpa ediləcək.

18254 oxunub

InvestAZ