XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



"Srvena Zvezda" çempion!
İdman 13:31 / 30.05.2020
"Srvena Zvezda" futbol komandası vaxtından əvvəl Serbiya çempionu titulunu qazanıb.
Bu, ölkə çempionatının koronavirus pandemiyası ilə əlaqədar fasilədən sonra bərpa olunduğu gün - mayın 29-da müəyyənləşib. XXVII tur qarşılaşmasında "qırmızılar" "Rad"ı 5:0 hesabı ilə üstələyərək, xalını 72-yə yüksəldib.
Bununla da "Srvena Zvezda" mövsümün sonuna 3 tur qalmış ən yaxın izləyicisi, 26 oyundan 58 xal yığan "Partizan" üçün əlçatmaz olub.
Qeyd edək ki, Serbiya Super Liqası adətən pley-off sistemi ilə keçirilir. Lakin pandemiya səbəbindən mövsüm 30 turdan sonra yekunlaşacaq. Bu, "Srvena Zvezda"nın ardıcıl üçüncü çempionluq tituludur.
Belqrad klubu Yuqoslaviya, Serbiya və Monteneqro çempionatları da nəzərə alınmaqla, qızıl medalları 31 dəfə qazanıb.

22813 oxunub

InvestAZ