XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Rusiyalı idmançı diskvalifikasiya olunub
İdman 15:24 / 18.10.2019
 
"Vegas Golden Knights” klubunun rusiyalı hücumçusu Valentin Zıkov Beynəlxalq Hokkey Liqasının 20 oyunundan uzaqlaşdırılıb. Buna səbəb, idmançının antidopinq qaydalarını pozması olub. 24 yaşlı Zıkov, carı sezonda Beynəlxalq Hokkey Liqası çempionatında 7 oyun keçirib. "Vegas Golden Knights” klubunun məsul şəxsləri idmançının bu addımına görə, məsuliyyət daşımadığını bildiriblər. Onların sözlərinə görə, Valentin Zıkov komanda rəhbərinə məlumat vermədən, öz qərarı ilə qadağan olunmuş preparatdan istifadə edib. İdmançı Beynəlxalq Hokkey Liqasında 2016-cı ildən çıxış edir. Hazırda şərəfini qoruduğu "Vegas Golden Knights” komandasından əvvəl, Zıkov "Carolina Hurricanes” və "Edmonton Oilers” klublarında fəaliyyət göstərib.
2014-cü ildə keçirilən dünya çempionatında, idmançı Rusiyanın yeniyetmələrdən ibarət yığma komandasının tərkibində bürünc medal qazanıb. Qeyd edək ki, sentyabrın 14-də Beynəlxalq Hokkey Liqası kokain qəbuluna görə, "Washington Capitals” klubunun
hücumçusu Evgeniy Kuznesovu üç oyundan uzaqlaşdırıb. İdmançı isə bununla bağlı apellasiya məhkəməsinə müraciət etməyəcəyini bildirib.

33482 oxunub

InvestAZ