XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Qarabağ”dan çətin qələbə
İdman 11:09 / 18.10.2019
 Qadın həndbolçuların Azərbaycan çempionatında ikinci turun oyunları başa çatıb. "ABU Arena”da keçirilən yarışın növbəti günündə meydana əvvəlcə "Qarabağ” və "Azəryol” komandaları çıxıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda əksəriyyət son ölkə çempionunun qələbəsinə inanırdı. Amma qapılara 51 qolun vurulduğu görüşdən "Qarabağ” qalib ayrılıb – 27:24.
Günün ikinci qarşılaşmasında "Azərsu” və "İdman Akademiyası” komandaları üz-üzə gəliblər. Oyunun əvvəlindən təşəbbüsə yiyələnən "Azərsu” rəqibi çətinlik çəkmədən məğlub edib – 37:24.
Oktyabrın 23-də keçiriləcək üçüncü turun oyunlarında "Qarabağ” "Azərsu”, "Azəryol” isə "İdman Akademiyası” ilə qarşılaşacaq.
Kişi həndbolçuların ölkə çempionatında isə ikinci turun görüşləri oktyabrın 19-da oynanılacaq. Həmin gün "Məhsul” "Bakı”, U-18 isə "Təhsil” ilə üz-üzə gələcək.


21355 oxunub

InvestAZ