XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Badmintonçumuz yeni sınaq qarşısında
İdman 15:56 / 17.10.2019

 
Bu gün Misirin paytaxtı Qahirədə badminton üzrə "Egypt International 2019” turnirinə start verilib.
Turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər.
Badmintonçularımız mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaqlar. Dviçayo ilk görüşünü portuqaliyalı Duarte Nuno Anjoya qarşı keçirəcək. E.Qovımuramadhoni isə irlandiyalı Conatan Dolanla qarşılaşacaq.
Qeyd edək ki, turnirdə 60 kişi və 49 qadın badmintonçu iştirak edir. Yarışın mükafat fondu 10 min dollardır.


20663 oxunub

InvestAZ