XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Üç güləşçimiz Avropa Oyunlarının yarımfinalında
İdman 17:00 / 25.06.2019

Bu gün ikinci Avropa Oyunları çərçivəsində sərbəst güləş yarışlarına start verilib. Yarışların birinci günündə 4 pəhləvanımız mübarizəyə başlayıb.
Güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlub edən idmançımız yarımfinala yüksəlib. Yarımfinalda idmançımızın rəqibi rusiyalı Zavur Uquyev olacaq.
Digər pəhləvanımız Aleksandr Qostiyev (86 kq) isə səkkizdəbir finalda Moldova təmsilçisi Denis Balaur üzərində 7:1 hesablı qələbə qazanıb. Təmsilçimiz dörddəbir finalda Gürcüstan idmançısı Sandro Aminaşvilini məğlub edib – 6:2. Idmançımızın növbəti mərhələdəki rəqibi Dauren Kuruqliyev olacaq.
İkinci Avropa Oyunlarında mübarizə aparan Cəmaləddin Maqomedov (125 kq) isə səkkizdəbir finalda Belarus idmançısı Vitali Piasniaka 6:5 hesabı ilə qalib gəlib. Idmançımız yarımfinala vəsiqə uğrunda macarıstanlı Daniel Ligeteni 6:5 hesabı ilə məğlub edib. Yarımfinalda idmançımız Gürcüstan təmsilçisi Givi Matxaraşvili ilə qarşılaşacaq.
Digər pəhləvanımız Hacımurad Qadcıyev (74 kq) isə ilk görüşdə türkiyəli Söner Demirtaşa 3:4 hesabı ilə uduzub.


27910 oxunub

InvestAZ