XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



İdmançımız Avropa birincisi oldu
İdman 12:33 / 15.06.2019

Pouerliftinq üzrə Avropa çempionatında milli komandamızın tərkibində mütləq çəki dərəcəsində gücünü sınayan Razim Hüseynov turnirin qalibi olub. Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı R.Hüseynov üç hərəkətin cəmində 885 kiloqram ağırlığı qaldıraraq, yaxın izləyicisi olan erməni rəqibindən üstün olub və çempionluğa yiyələnib. 
Qeyd edək ki, R.Hüseynov pauerliftinq üzrə bir dəfə dünya çempionu və dünya ikincisi, üç dəfə Avropa çempionu və səkkiz qat Azərbaycan birincisidir.


19326 oxunub

InvestAZ