XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Ləman Ələsgərli: Mükafatçılar arasında yer aldığıma görə çox sevinirəm”
İdman 12:00 / 15.06.2019

Rəsm əsərini idman və sağlamlıq haqqında çəkmişdim. Həmin əsərdə uşaqlar müxtəlif idman növləri ilə məşğul olurlar. Bu sözləri olimpnews.az saytına açıqlamasında "İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçirilən rəsm müsabiqəsində ikinci yerin sahibi olan Ləman Ələsgərli bildirib. 
"Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 2 C sinfində təhsil alıram. Rəsm əsərini idman və sağlamlıq haqqında çəkmişdim. Həmin əsərdə uşaqlar müxtəlif idman növləri ilə məşğul olurlar. Bununla onlar öz sağlamlıqlarının qeydinə qalırlar. Rəsm çəkməyə böyük həvəsim var. Ailəm məni ötən ildən rəsm hazırlığına yazdırıb. Yeri gəlmişkən deyim ki, qəşəng rəsm əsərlərim var. Bu müsabiqədə öz yaş qrupum üzrə ikinci yeri tutdum. Mükafatçılar arasında yer aldığıma görə çox sevinirəm”, - deyə Ləman Ələsgərli qeyd edib. 

35313 oxunub

InvestAZ