Serbiya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mladen Krstaiç ilə yolları ayırıb. 45 yaşlı mütəxəssisin istefası bugünkü iclasda qəbul olunub.
Qeyd edək ki, Mladen Krstaiç 2017-ci ildən Serbiya millisini çalışdırırdı. Komanda Avro-2020-nin seçmə mərhələsində 3 oyuna 4 xal toplayaraq 3-cü yerdə qərarlaşıb.