XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Paytaxt birinciliyində ən güclü badmintonçular müəyyənləşdi
İdman 16:32 / 08.02.2023

Azərbaycan Badminton Federasiyası (ABF) ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2013-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında keçirilən paytaxt birinciliyinə yekun vurulub. 1 nömrəli idman liseyində keçirilən yarışda 34 oğlan və 21 qız badmintonçu 5 kateqoriya üzrə mübarizə aparıb. Fərdi yarışlarda Məhəmməd Hacıyev və Ayla Abdullayeva birinci olublar. Məhəmməd Hacıyev-Eldəniz Novruzov, Mədinə Musayeva-Duyğu Mustafalı qoşa, Mədinə Musayeva-Məhəmməd Hacıyev qarışıq qoşa yarışlarda bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.


8097 oxunub

InvestAZ