XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Millimizin oyunlarının təqvimi açıqlanıb
İdman 13:17 / 07.02.2023

On doqquz yaşadək futzalçılar arasında təşkil olunacaq Avropa çempionatının əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb. Millimiz martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək. Ertəsi gün rəqibimiz Bosniya və Herseqovina futzalçıları olacaq. Baş məşqçi Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü martın 25-də Yunanıstan yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq.


10283 oxunub

InvestAZ