XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Türkiyədəki zəlzələ nəticəsində bir neçə idmançı dağıntılar altında qalıb
İdman 15:13 / 06.02.2023

Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb. Zəlzələ nəticəsində bir neçə idmançı dağıntılar altında qalıb. "Malatya Büyükşehir Belediyespor"un 6 voleybolçusunun qaldığı otel uçub. Hələlik onlardan üçü xilas edilib.

Bundan əlavə, futbol üzrə Türkiyə 1-ci Liqasında çıxış edən "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslanın da dağıntılar altında qaldığı bildirilib.

Türkiyənin "İskenderunspor" futbol komandasının iki məşqçisi də dağıntılar altında qalıb. Ölkənin tanınmış sərbəst güləşçisi Taha Akgül Kahramanmaraşda 30-40 güləşçinin qaldığı binanın da uçduğunu diqqətə çatdırıb. O, tez bir zamanda yardım gözlədiklərini yazıb.

Bundan əlavə, "Hatay" komandasının 14 voleybolçusu da dağıntılar altında qalıb.


10359 oxunub

InvestAZ